"Turan"dan Çempionlar Liqasında daha bir qələbə!

03:40 Voleybol 111
"Turan"dan Çempionlar Liqasında daha bir qələbə!

Qadın voleybolçulardan ibarət "Turan" komandası CEV Çempionlar Liqasında növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu olan Tovuz təmsilçisi 3-cü təsnifat mərhələsində Bolqarıstanın "Maritsa" klubunun qonağı olub.

Görüş “Turan”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Tərəflər arasındakı cavab görüşü noyabrın 11-də Tovuzda keçiriləcək.

"Turan" 2-ci təsnifat mərhələsində Xorvatiyanın "Mladost" komandasını üstələyib - 3:0, 3:2.

Digər Xəbərlər
Xəbər Lenti
3 Noyabr 18:10 Çək və bizə göndər!
3 Noyabr 05:20 Bakıda "Zəfər Kuboku"