Bakı 2027-ci ildə Dünya Kuboku mərhələsini qəbul edəcək

08:10 Digər növlər 101
Bakı 2027-ci ildə Dünya Kuboku mərhələsini qəbul edəcək

Bakıda 2027-ci il martın 11-14-də idman gimnastikası üzrə alətlər üzrə Dünya Kuboku mərhələsi keçiriləcək.

Sportinfo.az xəbər verir ki, yarış Dünya Gimnastikasının 2027-ci il üçün təsdiqlənmiş beynəlxalq təqviminə daxil edilib.

Milli Gimnastika Arenasında təşkil olunacaq yarışda kişi və qadın gimnastlar müxtəlif alətlər üzrə mübarizə aparacaqlar.

Bakı mərhələsi fevralın 25-28-də Almaniyanın Kotbus şəhərində keçiriləcək Dünya Kuboku yarışından sonra təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
3 Noyabr 18:10 Çək və bizə göndər!