Azərbaycan çempionu bu gecə qorxsunmu, qorxmasınmı..?

14:00 Sabah 139
Azərbaycan çempionu bu gecə qorxsunmu, qorxmasınmı..?

Çempionlar Liqasının Liqa mərhələsində «Sabah»ı bu gecə Norveçdə «Vikinq»lə kifayət qədər maraqlı və taktiki baxımdan mürəkkəb qarşılaşma gözləyir.

Bu oyuna yalnız iki komandanın turnir cədvəlindəki mövqeləri prizmasından yanaşmaq düzgün olmazdı.

Qarşılaşma həm də iki fərqli futbol yanaşmasının mübarizəsi olacaq:

«Vikinq»in yüksək tempə, cinah hücumlarına və sürətli hücum keçidlərinə əsaslanan oyunu ilə «Sabah»ın topa nəzarət, kombinasiyalı hücumlar və rəqibin müdafiə xətləri arasında boşluqlar tapmaq fəlsəfəsi üz-üzə gələcək.

«Sabah» üçün bu səfər həm ciddi sınaq, həm də öz oyun modelini Avropa səviyyəsində bir daha nümayiş etdirmək imkanıdır.

Norveç təmsilçisi evdə oynamağın üstünlüyünə malik olsa da, «Sabah»ın rəqibə qarşı istifadə edə biləcəyi kifayət qədər taktiki üstünlüklər mövcuddur.

«Vikinq» ilk növbədə hücum futboluna üstünlük verən, yüksək intensivlikdə oynamağı bacaran komandadır. Baş məşqçilər Bjarte Lunde Orsheym və Morten Yensenin rəhbərliyi altında kollektivin hücum və müdafiə mərhələlərində müəyyən edilmiş oyun prinsipləri var.

Norveç klubunun əsas xüsusiyyətlərindən biri cinahlardan effektiv istifadə etməsidir. Komanda hücum zamanı meydanın enindən yararlanır, cinah oyunçularının və müdafiəçilərin irəliləməsi hesabına rəqib müdafiədə say üstünlüyü yaratmağa çalışır.

Xüsusilə Zlatko Tripiç bu sistemdə mühüm fiqurdur. Onun ötürmələri, cinahdan cərimə meydançasına göndərdiyi toplar və hücumların son mərhələsində qərarvermə keyfiyyəti «Vikinq»in ən təhlükəli silahlarındandır. Peter Kristiansen də hücumun tamamlanmasında vacib oyunçulardandır.

Komandanın digər mühüm xüsusiyyəti ikinci toplar uğrunda mübarizədir. «Vikinq» yalnız topa sahib olmaqla kifayətlənmir, həm də fiziki mübarizə, hava topları və itirilmiş topun dərhal geri qaytarılması üzərində işləyir.

Bu, xüsusilə rəqib öz cərimə meydançasından çıxmağa çalışarkən ciddi problemlər yarada bilər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti