İki hücumçunun namizədliyini gözdən keçirirlər

00:00 İtaliya 115
İki hücumçunun namizədliyini gözdən keçirirlər

“Latsio” yeni mövsüm öncəsi hücum xəttini gücləndirmək üçün variantlar axtarışındadır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Roma klubu hücumçu transferi üçün iki namizəd müəyyənləşdirib.

Bunlar “Sassuolo”nun italiyalı forvardı Andrea Pinamonti və daha əvvəl “Qalatasaray”da çıxış etmiş Mauro İkardidir.

Hazırda İkardiyə bir neçə klubdan təklif var. Bu səbəbdən, “Latsio” 33 yaşlı futbolçunun transferi uğrunda rəqabətdə qalib gəlməli olacaq.

İkardi ötən mövsüm Türkiyə çempionatında 31 oyuna çıxıb, 14 qol vurub və 1 məhsuldar ötürmə verib. Argentinalı futbolçu hazırda azad agentdir.

27 yaşlı Pinamonti isə geridə qalan mövsümdə A Seriyasında 36 matçda meydana çıxıb, 9 qol vurub və 3 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 18:10 Çək və bizə göndər!
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!