Bosniya və Herseqovina millisinin hücumçusu Kerim Alaybeqoviç “Çelsi”dən təklif almasına baxmayaraq, “Yuventus”a keçmək qərarını izah edib.
Sportinfo.az “Tuttosport”-a istinadən xəbər verir ki, 18 yaşlı futbolçu, Turin klubundan gələn təklifə biganə qala bilmədiyini deyib:
“Sənə “Yuventus”dan zəng gəlirsə, imtina etmək çox çətindir.
Bu, dünyanın ən böyük klublarından biridir və bu formanı geyinəcəyim üçün çox qürurluyam. Klubun göstərdiyi etimad mənim üçün həqiqətən çox önəmlidir.
Miralem Pyaniçin bu qərarı verməyimdə rolu nə dərəcədə böyük oldu? Bəli, o, seçimimdə mütləq mühüm rol oynadı.
Çünki Pyaniç “Yuventus”un formasını geyinib. O, böyük futbolçu idi və bu kluba çox təsir göstərib.
Miralem həmçinin, atama çox kömək etdi – onunla və klubla əlaqə saxlayırdı. Nəticədə, istədiyimiz alındı və hər kəs hər şeyin belə baş tutmasından məmnundur”.
