“Milan”ın baş məşqçisi Ruben Amorim Rafael Leao ilə bağlı planlarını müəyyənləşdirib.
Sportinfo.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis 27 yaşlı hücumçunu komandasında görmək istəmir.
Amorim hesab edir ki, Leao onun taktiki sisteminə uyğun gəlmir. Bundan əlavə, baş məşqçinin futbolçunun komandanın paltardəyişmə otağındakı ab-havaya təsirindən də narazı olduğu bildirilir.
Bu səbəbdən, Leaonun hazırkı transfer pəncərəsində “Milan”dan ayrılması gözlənilir.
İtaliya klubu futbolçu üçün tələb etdiyi məbləği də azaltmağa hazırdır. İddialara görə, Leao artıq 40 milyon avroya transfer edilə bilər.
27 yaşlı futbolçuya “Qalatasaray”ın marağı isə davam edir.
Amorim iyunda “Milan”ın baş məşqçisi təyin olunub. O, bu postda istefaya göndərilən Massimiliano Alleqrini əvəzləyib.
