“Monza” “Yuventus”un qapıçısı Mişel Di Qreqorio ilə yenidən müqavilə imzalamaqda maraqlıdır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda klublar arasında konkret danışıqlar aparılmır.
Ancaq “Monza”nın nümayəndələri 29 yaşlı qolkiperin transferi variantını nəzərdən keçirirlər.
Di Qreqorio 2024-cü ilin yayında “Monza”dan “Yuventus”a keçib. O, Turin klubunun heyətində iki mövsüm ərzində 84 oyunda meydana çıxıb.
İtaliyalı futbolçu bundan əvvəl dörd il “Monza”nın formasını geyinib və həm A Seriyasında, həm də B Seriyasında çıxış edib.
Klubdakı son mövsümündə isə çempionatın ən yaxşı qapıçısı seçilib. O, həmin mövsüm 12 matçda qapısını toxunulmaz saxlayıb.
