“Milan”ın bir neçə futbolçusu yay transfer pəncərəsi başa çatmadan komandanı tərk edə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, baş məşqçi Ruben Amorim hücumçu Kristofer Nkunku və mərkəz müdafiəçisi Fikayo Tomorini gələcək planlarında görmür.
Bundan əlavə, yarımmüdafiəçi Yussuf Fofana və müdafiəçi David Odoqunun da komandadan ayrılması gündəmdədir.
Bundan başqa, sol cinah hücumçusu Rafael Leao və hücumçu Santyaqo Ximenes də sərfəli təkliflər daxil olacağı təqdirdə, “Milan”ı tərk edə bilər.
“Milan” 2025/26 mövsümündə A Seriyasında 38 oyunda 70 xal toplayaraq, beşinci yeri tutub və Çempionlar Liqasına vəsiqədən bir xal geri qalaraq, Avropa Liqasına çıxıb.
Amorim yayda İtaliya klubunun baş məşqçisi postunda Massimiliano Alleqrini əvəz edib.
