Federasiyanın yeni texniki direktoru təyin edildi - Millinin əfsanəsi

14 İyul 00:00 İtaliya 420
Federasiyanın yeni texniki direktoru təyin edildi - Millinin əfsanəsi

İtaliya millisinin və “Milan”ın canlı əfsanəsi Paolo Maldininin yeni iş yeri bəlli olub.

Sportinfo.az xəbər verir ki, keçmiş müdafiəçi İtaliya Futbol Federasiyasının yeni texniki direktoru təyin edilib.

Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Maldini əvvəllər də İtaliya millisində çalışıb. O, 2018-2019-cu illərdə komandanın inkişaf direktoru, daha sonra isə texniki direktor vəzifələrində işləyib.

57 yaşlı veteran futbolçu bu vəzifəni 2023-cü ilin iyun ayında tərk edib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Avqust 19:10 Koxalski ehtiyatda qaldı