Pep Qvardiola - İtaliya millisinin baş məşqçi postuna əsas namizəd oldu

13 İyul 15:40 İtaliya 479
Pep Qvardiola - İtaliya millisinin baş məşqçi postuna əsas namizəd oldu

İspaniyalı çalışdırıcı Pep Qvardiola İtaliya millisinin baş məşqçi postuna əsas namizədlərdən biridir.

Sportinfo.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Cennaro Qattuzonun ayrılmasından sonra İtaliya Futbol Federasiyası yeni baş məşqçi axtarışlarını davam etdirir.

Namizədlər siyahısında ilk sırada məhz Qvardiola yer alır. Onunla yanaşı, Antonio Konte və Roberto Mançini də İtaliya millisinin baş məşqçi postuna namizəd göstərilir.

55 yaşlı Qvardiola “Mançester Siti”də çalışdığı dönəmdə 6 dəfə İngiltərə Premyer Liqası, 3 İngiltərə kuboku və UEFA Çempionlar Liqası da daxil olmaqla çoxsaylı titullar qazanıb.

Qvardiola, Konte və Mançininin hər üçü hazırda işsizdir.

Digər Xəbərlər
Xəbər Lenti
13 Avqust 19:10 Koxalski ehtiyatda qaldı