“Milan”ın baş məşqçi postuna əsas namizədlərdən biridir - XAVİ

12:20 İtaliya 89
“Milan”ın baş məşqçi postuna əsas namizədlərdən biridir - XAVİ

“Barselona”nın sabiq baş məşqçisi Xavi Ernandes karyerasını İtaliyada davam etdirə bilər.

Sportinfo.az “The Touchline”-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis “Milan”ın baş məşqçi postuna əsas namizədlərdən biridir.

Milan klubunun rəhbərliyi Xavini güclü taktiki biliyə malik məşqçi hesab edir və onun gənc futbolçulara etimad göstərməsini yüksək qiymətləndirir.

Bununla yanaşı, “qırmızı-qaralar” yalnız Xavi variantını nəzərdən keçirmir. Klub rəhbərliyi “Bornmut”un çalışdırıcısı Andoni İraolanı da mümkün namizədlər siyahısında saxlayır.

“Milan” son turda “Kalyari”yə 1:2 hesabı ilə məğlub olaraq, İtaliya A Seriyasının 2025/26 mövsümünü turnir cədvəlinin 5-ci pilləsində başa vurub.

Bu da komandanın UEFA Çempionlar Liqasından kənarda qalması ilə nəticələnib. Bundan sonra klub rəhbərliyi Massimiliano Alleqrini baş məşqçi postundan uzaqlaşdırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti