Baş məşqçinin ardınca 3 direktor da klubdan QOVULDU!

00:20 İtaliya 80
Baş məşqçinin ardınca 3 direktor da klubdan QOVULDU!

Məlum olduğu kimi, “Milan” baş məşqçi Massimiliano Alleqrinin istefaya göndərildiyini elan edib.

Sportinfo.az xəbər verir ki, çempionatın son turunda “rossoneri” Çempionlar Liqasına vəsiqə qazanmaq şansını əldən verərək mövsümü 5-ci pillədə başa vurub.

Bu uğursuzluq isə klub rəhbərliyinin səbir kasasını daşırıb.

Milanlıların rəhbərliyi yalnız baş məşqçinin istefaya göndərilməsi ilə kifayətlənməyib və klubda köklü islahatlara start verilib.

Belə ki, biabırçı mövsümdən sonra Alleqri ilə yanaşı, idman direktoru İqli Tare, baş direktor Corcio Furlani və texniki direktor Ceffri Monkada da tutduqları vəzifələrdən azad ediliblər. Klubun idman blokunun rəhbərliyi isə tamamilə yenilənəcək.

Qeyd edək ki, İtaliya A Seriyasının son turunun nəticələrinə əsasən, turnir cədvəlində ilk dördlüyü tamamlayan “Roma” və “Komo” klubları növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqəni rəsmiləşdiriblər.

Onlar daha əvvəl bu hüququ qazanan “İnter” və “Napoli”yə qoşulublar.

Məlumat üçün qeyd edək ki, İtaliyanın iki nəhəngi – “Milan” və “Yuventus” gələn mövsüm Avropanın ən nüfuzlu klub turnirindən kənarda qalacaqlar. Milan və Turin təmsilçiləri şanslarını Avropa Liqasında sınayacaqlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti