Çempionlar Liqasına vəsiqə qazanmayan məşhur klub baş məşqçisini GÖNDƏRDİ

26 May 10:00 İtaliya 2 142
Çempionlar Liqasına vəsiqə qazanmayan məşhur klub baş məşqçisini GÖNDƏRDİ

“Milan” baş məşqçisi Massimiliano Alleqri ilə yollarını rəsmən ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti rəsmi məlumat yayıb.

Məlumata görə, 58 yaşlı təcrübəli mütəxəssisin istefasına komandanın 2025/2026-cı illər mövsümündə nümayiş etdirdiyi zəif və uğursuz nəticələr səbəb olub.

Belə ki, “rossoneri” İtaliya A Seriyasını 5-ci pillədə başa vurub. Bu nəticə ilə komanda azarkeşlərini məyus edərək gələn mövsüm üçün UEFA Çempionlar Liqasına vəsiqə qazanmaq şansını itirib.

M.Alleqri 2025-ci ilin may ayında “Milan”ın sükanı arxasına gətirilmişdi. Lakin onun komandadakı ikinci dönəmi cəmi bir il çəkib və uğursuzluqla yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
3 Sentyabr 07:20 O da “Karvan”a qoşuldu