Ayrılmaq qərarını təkbaşına verdiyini təsdiqlədi: “Təşəkkür edirik, cənab”

26 May 01:30 İtaliya 722
Ayrılmaq qərarını təkbaşına verdiyini təsdiqlədi: “Təşəkkür edirik, cənab”

“Napoli” baş məşqçi Antonio Konte ilə vidalaşıb.

Sportinfo.az xəbər verir ki, klubun sosial media kanallarında məşqçinin gülümsəyən fotosu və “Təşəkkür edirik, cənab” başlığı ilə paylaşım edilib.

“La Gazzetta dello Sport” qəzetinin yaydığı məlumata görə, Konte komandadan ayrılmaq qərarını təkbaşına verdiyini təsdiqləyib.

O, komandada birlik qura bilmədiyini və klubu əhatə edən “zəhərli atmosfer”dən bezdiyini bildirib.

Buna baxmayaraq, komanda bu mövsüm A Seriyasında ikinci yeri tutmağı bacarıb. Bir il əvvəl Konte komandanı çempion etmişdi.

“Napoli” tezliklə yeni baş məşqçinin adını açıqlayacaq. Əsas namizəd Vinçenzo İtalianodur (“Bolonya”). Massimiliano Alleqri və Andoni İraolanın da namizədliyi nəzərdən keçirilir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?