“İntuisiyam heç vaxt məni aldatmır - “Bəlkə də bu, çalışdıracağım ən yaxşı komandadır”

22:00 İtaliya 72
“İntuisiyam heç vaxt məni aldatmır - “Bəlkə də bu, çalışdıracağım ən yaxşı komandadır”

“Komo”nun baş məşqçisi Sesk Fabreqas İtaliya A Seriyası mövsümünün son turunda qazanılan tarixi qələbədən sonra futbolçulara emosional mesaj ünvanlayıb.

“Komo” son matçda “Kremoneze” üzərində 4:1 hesablı inamlı qələbə qazanaraq, mövsümü turnir cədvəlinin 4-cü pilləsində başa vurub və tarixində ilk dəfə Çempionlar Liqasının ümumi mərhələsinə vəsiqə əldə edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı oyunçulara müraciətində əvvəlcədən hiss etdiyi uğuru belə xatırladıb:

“Parma” ilə matçdan (1:0) bir gün əvvəl sizə demişdim: bu iki oyunu qazanarıqsa, Çempionlar Liqasındayıq.

Niyə bunu dediyimi bilmirəm, sadəcə hiss etmişdim. Mənim intuisiyam heç vaxt məni aldatmır”.

O, daha sonra komandanın rolunu xüsusi vurğulayıb:

“Amma uşaqlar, bütün bunlar sizin zəhmətinizdir. Hər birinizin sayəsindədir. Biz yalnız kömək etməyə çalışırıq, amma bu nəticəni yaradan sizsiz. Bu, inanılmaz dərəcədə gözəldir”.

Fabreqas emosional çıxışında həmçinin, komandaya olan bağlılığını da gizlətməyib:

“Ömrüm boyu sizə minnətdar olacam. Bəlkə də, bu, məşqçi karyeramda çalışdıracağım ən yaxşı komandadır. Siz həmişə xatırlanacaqsız”.

Sonda isə o, futbolçulara belə səslənib:

“İndi isə bayram edin, istirahətdən zövq alın. Siz buna layiqsiz. Dünya çempionatına gedənlərə də uğurlar. Və unutmayın, biz gələn mövsüm Çempionlar Liqasında oynayacağıq!”

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti