“Milan”ın hücumçusu Rafael Leao bu yay komandanı tərk edə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” və “Fənərbaxça” portuqaliyalı futbolçunu transfer etməkdə maraqlıdır.
Türkiyə klubu forvardı heyətinə qatmaq üçün mübarizəyə qoşulsa da, onun maaşı mümkün transferə maneə ola bilər. Leao özü isə daha əvvəl ona maraq göstərmiş “Barselona”dan təklif gözləyir.
26 yaşlı hücumçu 2019-cu ildə 49 milyon avroya “Lill”dən “Milan”a keçib. Onun İtaliya klubu ilə müqavilə müddəti 30 iyun 2028-ci ilə qədərdir.
Futbolçu bu mövsüm bütün yarışlarda 30 oyuna çıxıb, 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

