“Atalanta”nın yarımmüdafiəçisi Ederson “Mançester Yunayted”ə keçmək üçün onu transfer etməkdə maraqlı olan bütün digər klublarla danışıqları dayandırıb.
Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrizio Romano sosial media hesabında paylaşıb.
Məlumata görə, klublar hazırda fəal şəkildə danışıqlar aparır və “qırmızı şeytanlar” müqaviləni tamamlamağı planlaşdırır.
Ederson 2022-ci ilin yayından bəri “Atalanta”da oynayır. 26 yaşlı yarımmüdafiəçi bu mövsüm komandası ilə bütün yarışlarda 41 oyunda iştirak edib, üç qol vurub və iki məhsuldar ötürmə verib.
“Transfermarkt” braziliyalı futbolçunun dəyərini 40 milyon avro qiymətləndirir.

