“Milan” “Kristal Pelas”ın hücumçusu Yan-Filipp Mateta ilə maraqlanmağa davam edir.
Sportinfo.az ESPN-ə istinadən xəbər verir ki, “qırmızı-qaralar” fransalı forvardı hələ ilin əvvəlində transfer etməyə yaxın olsalar da, keçid son anda baş tutmayıb.
Buna baxmayaraq, Milan təmsilçisi yay transfer pəncərəsində futbolçu üçün yenidən hərəkətə keçə bilər.
Bildirilir ki, Mateta cari mövsüm başa çatdıqdan sonra London klubunu tərk etməyə hazırdır.
28 yaşlı hücumçu bu mövsüm İngiltərə Premyer Liqasında keçirdiyi 31 oyunda 11 qol vurub. Onun “Kristal Pelas”la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

