70 milyon avroluq hücumçu ilə maraqlanır - “Milan”

19 Fevral 01:40 İtaliya 414
70 milyon avroluq hücumçu ilə maraqlanır - “Milan”

Dortmund “Borussiya”sının hücumçusu Seru Qirassi yay transfer dönəmində klubunu tərk edə bilər.

Sportinfo.az “Tuttomercatoweb”-ə istinadən xəbər verir ki, qvineyalı forvarda əsas namizədlərdən biri “Milan”dır.

“Qırmızı-qaralar” 29 yaşlı oyunçu ilə maraqlanır. Ancaq mümkün transfer yalnız qiymət məsələsi həllini tapacağı halda reallaşa bilər.

Dortmund klubu hazırda 70 milyon avro tələb edir ki, “Milan” tarixən bu məbləği heç bir futbolçu üçün ödəməyib.

Gözlənilir ki, yayda hücumçunun transfer dəyəri aşağı düşəcək və bu da danışıqları asanlaşdıra bilər.

Qirassi cari mövsümdə 32 oyunda iştirak edib, 15 qol vurub və 5 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 Aprel 18:10 Çək və bizə göndər!