Klubun sahibi xahiş etdi, direktor istefasını təxirə saldı

01:40 İtaliya 94
Klubun sahibi xahiş etdi, direktor istefasını təxirə saldı

“Marsel”in idman direktoru Mehdi Benatia mövsümün sonuna qədər komandada qalacaq.

38 yaşlı funksioner fevralın 15-də vəzifəsindən istefa verdiyini açıqlamışdı.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Marsel”in sahibi Frank Makkort komandada sabitliyi qorumaq və idman məqsədlərinə çatmaq üçün Benatianın postda qalmasını xahiş edib.

Cavab olaraq, Benatia məsuliyyətini nəzərə alaraq, istefasını iyuna qədər təxirə salıb və klubda bütün fəaliyyətini davam etdirəcək.

Bildirilib ki, prezident Pablo Lonqorianın rolu dəyişəcək və o, əsasən klubun Fransa və Avropa futbol qurumlarındakı nümayəndəliklərinin idarəsinə yönələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Fevral 20:40 Rauf, uf, uf, uf...
17 Fevral 18:10 Çək və bizə göndər!
17 Fevral 08:20 Bir oyunluq cəzalandı
17 Fevral 01:50 AFFA-dan yeni qərarlar