“Qalatasaray”ın hücumçusu Viktor Osimhen “Napoli”dən ayrılmasının səbəblərini açıqlayıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, nigeriyalı forvard, rəhbərliyin bəzi vədlərə əməl etmədiyini bildirib:
“Belə alınmasına görə təəssüflənirəm. Xüsusilə də, azarkeşlər üçün üzgünəm, çünki klub rəhbərliyi onlara heç bir izahat vermədi.
Bəziləri hətta evimə gəlib nə baş verdiyini soruşurdu. “TikTok”-da yayılan videolardan sonra aramızda nəsə qırıldı.
Hər kəs səhv edə bilər, penalti qaçıra bilər. Bu, futbolçuya lağ etmək üçün səbəb deyil.
Mənə qarşı irqçi təhqirlər səsləndirilirdi, halbuki rəhbərlik belə şeylərin olmayacağına söz vermişdi. Ayrılmaq istədiyimi biləndən sonra isə mənə “it kimi” davranmağa başladılar”.
27 yaşlı oyunçunun sözləri İtaliya mətbuatında geniş rezonans doğurub.

