“Kənan üçün məsləhətim yoxdur, o, artıq yetkin və ağıllı insandır"

15 Fevral 20:25 İtaliya 469
“Kənan üçün məsləhətim yoxdur, o, artıq yetkin və ağıllı insandır"

“Yuventus”un sabiq futbolçusu Alessandro Del Pyero komandanın hücumçusu Kənan Yıldız haqqında fikirlərini bölüşüb.

Sportinfo.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, türkiyəli forvardın artıq kifayət qədər yetkin və ağıllı olduğunu vurğulayıb:

“Kənan üçün məsləhətim yoxdur, çünki o, artıq yetkin və ağıllı insandır. Daim inkişaf etmək istədiyini göstərir.

O, “Yuventus”da karyerasını məqsədyönlü və insani keyfiyyətlərini qoruyaraq qurur. Ən yüksək zirvələrə çatmaq istəyirsənsə, bunlar fundamental xüsusiyyətlərdir”.

20 yaşlı futbolçunun adı tez-tez Avropanın müxtəlif klubları ilə hallanır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti