“Milan” qış transfer pəncərəsində slovakiyalı müdafiəçi Milan Şkrinyarı heyətinə qatmaq niyyətindədir. Slovakiya millisinin üzvü hazırda “Fənərbaxça”da çıxış edir.
Sportinfo.az “TransferFeed”-ə istinadən xəbər verir ki, “Milan” Şkrinyarı əsas hədəf seçib.
Ancaq transferin baş tutma ehtimalı çox yüksək sayılmır, çünki futbolçu İstanbul komandasında lider mövqedədir və əsas heyətdə davamlı oynayır. O və klubu rəsmi təklif gəlsə, onu rədd etməyə hazırdır.
30 yaşlı müdafiəçi cari mövsümdə 26 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

