“Napoli”nin prezidenti Aurelio De Laurentis İtaliya superkubokunda qazanılan qələbəni şərh edib və baş məşqçi Antonio Kontenin əməyini xüsusi vurğulayıb.
Sportinfo.az “Sport Mediaset”-ə istinadən xəbər verir ki, klub rəhbəri uğurların arxayınçılıq yaratmamalı olduğunu, çünki istənilən səhvin baha başa gələ biləcəyini bildirib:
“Konte ilə bağlı hansısa şübhəniz var idi? Çempionatda “Bolonya”ya 0:2 hesabı ilə uduzmuşduq, indi isə onlardan revanş aldıq.
Fərq ondadır ki, bu dəfə ortada titul var. Bu axşam (dünən) bizə böyük zövq yaşatdı.
Dieqo Maradonanın dövründən bəri “Napoli” bir təqvim ili ərzində iki titul qazana bilməmişdi və bu, həqiqətən də çox önəmlidir”.
“Napoli” dünən İtaliya superkuboku uğrunda keçirilən oyunda “Bolonya”nı 2:0 hesabı ilə məğlub edərək, kuboka sahib çıxıb. Komanda UEFA Çempionlar Liqasının 5-ci turunda evdə “Qarabağ”a qalib gəlib – 2:0.

