Tanınmış hücumçu ilə müqaviləyə vaxtından əvvəl xitam verdilər - RƏSMİ AYRILIQ

23 Dekabr 2025 18:20 İtaliya 1 075
Tanınmış hücumçu ilə müqaviləyə vaxtından əvvəl xitam verdilər - RƏSMİ AYRILIQ

“Мilan” rəhbərliyi belçikalı hücumçu Divok Origi ilə əməkdaşlığın vaxtından əvvəl başa çatdırılması barədə razılığa gəlib.

Sportinfo.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano sosial şəbəkədə məlumat yayıb.

30 yaşlı futbolçu “qırmızı-qaralar”ın heyətində 2023-cü ilin yazından bəri meydana çıxmayıb. Tərəflər arasında imzalanmış müqavilənin müddəti 2025/26 mövsümünün sonunadək qüvvədə idi.

Origi 2022-ci ildə “Milan”a transfer olunmuşdu. O, bu müddət ərzində İtaliya təmsilçisinin heyətində 36 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!