Bir vaxtlar “Milan”ın əsas sol cinah müdafiəçisi olan, hazırda isə Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasında çıxış edən Teo Hernandes İtaliya klubundan ayrılmasının səbəblərini açıqlayıb.
Fransalı bu ilin iyulunda “qırmızı-qaralar”ın sıralarını tərk edərək Səudiyyə Ərəbistanına yollanıb.
Sportinfo.az xəbər verir ki, 28 yaşlı oyunçu “Gazzetta dello Sport” nəşrinə açıqlamasında ayrılığın onun istəyi ilə baş vermədiyini bildirib:
“Milan”dan getmək istəmirdim. Qalmaq üçün hazır idim.
Amma klub rəhbərliyindən zəng edib dedilər ki, “getməsən, heyətdən kənarlaşdırılacaqsan”. Bu vəziyyətdə başqa seçimim yox idi və yeni klub axtarmağa məcbur qaldım”.
Hernandes 6 il “Milan”ın formasını geyinib. A Seriyası təmsilçisi onun satışından 25 milyon avro gəlir əldə edib.

