Ölkəsinin millisi DÇ-2026-ya vəsiqə qazanmasa, O, AĞLAYACAQ

00:20 İtaliya 75
Ölkəsinin millisi DÇ-2026-ya vəsiqə qazanmasa, O, AĞLAYACAQ

İtaliyalı mütəxəssis Fabio Kapello DÇ-2026-nın püşkatması ilə bağlı açıqlama verib. Tədbir dünən keçirilib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kapello milli komandanın seçmə mərhələni keçəcəyinə ümid etdiyini bildirib:

“Ümid edirəm ki, İtaliya millisi seçmə mərhələni keçəcək. Əks halda, mən sadəcə ağlayacam. Üçüncü dünya çempionatı da İtaliyasız keçərsə, bu fəlakət olar. “Ölüm qrupu”? Elə olsun ki, Norveç və Fransa yığmaları orada oynasın”.

İtaliya millisinin dünya çempionatına vəsiqə qazanması üçün əvvəlcə Şimali İrlandiya ilə pley-off oyununda qalib gəlməsi, daha sonra isə Uels – Bosniya və Herseqovina cütünün qalibi ilə qarşılaşması lazımdır.

Uğurlu nəticə əldə edildiyi halda, İtaliya millisi B qrupunda Kanada, Qətər və İsveçrə yığmaları ilə mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
6 Dekabr 18:10 Çək və bizə göndər!
6 Dekabr 02:00 "İmişli" 3000 ziyanda