“Yuventus”dan yeni müqavilə gözləyir - Serbiyalı

25 Noyabr 2025 00:00 İtaliya 728
“Yuventus”dan yeni müqavilə gözləyir - Serbiyalı

“Yuventus” yarımmüdafiəçisi Filip Kostiçin nümayəndələri ilə danışıqlar aparacaq.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, görüş yaxın günlərdə baş tutacaq.

Serbiyalı futbolçunun Turin klubu ilə hazırkı müqaviləsinin müddəti gələn yay başa çatır və o, sözləşməni 2028-ci ilə qədər uzatmağa ümid edir.

33 yaşlı yarımmüdafiəçi bu mövsüm “Yuventus”un heyətində bütün yarışlarda 9 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti