26 yaşında karyerasını bitirdi - Böyük gələcək vəd edirdi

21:40 İtaliya 197
26 yaşında karyerasını bitirdi - Böyük gələcək vəd edirdi

Beynəlxalq arenada böyük gələcək vəd edən “İnter”in sabiq oyunçusu Zinho Vanheusden 26 yaşında futbolçu karyerasını başa vurub.

Sportinfo.az xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb.

Mərkəz müdafiəçisi karyerasına Belçikanın “Standard” klubunda başlayıb, daha sonra 16 yaşında “İnter”in gənclər komandası ilə müqavilə imzalayıb.

Ondan birbaşa əsas komandada çıxış etməsi gözlənilsə də, davamlı sağlamlıq problemləri inkişafına mane olub.

Vanheusden öz sosial şəbəkə hesabında bunları yazıb:

“Son bir neçə il çox çətin keçdi. Zədələr, əməliyyatlar, iynələr, dərmanlar…

Sağalmaq üçün hər şeyi etdim, amma hər dəfə daha çətin oldu. İçimdə həmişə futbolçu olmaq arzusu var idi, amma bədənim artıq “kifayətdir” deyir.

Özümə, sağlamlığıma və ata kimi roluma hörmətimdən futbolu tərk edirəm. Futbolsuz həyatı bilmirəm, amma indi öyrənəcəm”.

Vanheusden Belçika millisinin heyətində 1 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Noyabr 17:45 Siz lap Yezidsiz ki...