“Qarabağ”la oyundan öncə qələbə qazandılar - “Napoli”dən VİDEO

08:20 İtaliya 69
“Qarabağ”la oyundan öncə qələbə qazandılar - “Napoli”dən VİDEO

“Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi “Napoli” İtaliya A Seriyasının XII turunda “Atalanta”nı qəbul edib.

Sportinfo.az xəbər verir ki, Dieqo Armando Maradona adına stadionda keçirilən görüş Neapol təmsilçisinin inamlı qələbəsi ilə yekunlaşıb - 3:1.

Antonio Kontenin rəhbərlik etdiyi komandanın qollarını David Nereşlə (17,38) Noa Lanq (45) vurub. Berqamolulardan isə Canluka Skamakka (52) fərqlənib.

Bununla da “Napoli” xallarının sayını 25-ə çatdıraraq ilk pilləyə yüksəlib.

“Qarabağ” “Napoli” ilə noyabrın 25-də qarşılaşacaq.

"Napoli" – "Atalanta" 3:1
Qollar
: D.Neres, 17, 38, N.Lanq, 45 – C.Skamakka, 52

Digər Xəbərlər
Xəbər Lenti
23 Noyabr 17:45 Siz lap Yezidsiz ki...