"Napoli"nin baş məşqçisi Antonio Konte milli fasilədən sonra komanda ilə iclas keçirib.
Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, italiyalı mütəxəssis A Seriyasının ötən turunda səfərdə “Bolonya”dan alınan məğlubiyyət (0:2) və klub daxilində yaranan gərginlikdən sonra futbolçularından daha əmin çıxış etmələrini istəyib.
İclas Neapol təmsilçisinin “Kastel Volturno” düşərgəsində keçirilib.
Konte komanda üzvlərindən ötən mövsüm qazanılan ölkə çempionluğundakı əzm və iradəni növbəti oyunlarda görmək istədiyini bildirib.
Məlumata görə, görüşdə "Bolonya" ilə oyundakı səhvlərə fokuslanan video-analiz seansı da keçirilib. Konte futbolçuların hər birini həvəssiz oynamaqda günahlandırıb.
Konte A Seriyası çərçivəsində keçiriləcək “Atalanta” ilə oyunda futbolçularından qələbə ilə yanaşı yüksək performans gözləyir.
"Napoli" oktyabrın 28-dən bəri rəqib qapısına yol tapa bilmir. Antonio Konte komandadaxili inamı bərpa etmək üçün növbəti oyunlarda komandasının bol qollu oyunlar keçirməsini istəyir.
“Napoli” “Atalanta” ilə noyabrın 22-də, “Qarabağ”la isə 25-də qarşılaşaca

