“Məndən çox şey tələb etmir, sadəcə “sərbəst oyna” deyir"

23 Noyabr 2025 10:40 İtaliya 1 036
“Məndən çox şey tələb etmir, sadəcə “sərbəst oyna” deyir"

“Milan”ın vingeri Rafael Leao baş məşqçi Massimiliano Alleqri ilə işləməkdən danışıb.

Sportinfo.az “Football Italia”-ya istinadən xəbər verir ki, portuqaliyalı futbolçu, Alleqrinin onun nəyə qadir olduğunu bildiyini deyib:

“Məndən çox şey tələb etmir, sadəcə “sərbəst oyna” deyir. Ən əsası, konsentrasiya və düzgün düşüncə tərzidir. O, mənim nəyə qadir olduğumu bilir.

Mən təkbətək vəziyyətləri sevirəm, bir, iki, üç müdafiəçini driblinqlə keçirəm. Amma futbol dəyişdi, statistika indi vacibdir. İndi ən vacib şey qol vurmaqdır.

Alleqri məni hədəfə yaxınlaşdırmaqla düşüncəmi dəyişdi”.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!