“Bu, bizim son şansımızdır” - İtaliya millisinin sabiq müdafiəçisi

22:00 İtaliya 108
“Bu, bizim son şansımızdır” - İtaliya millisinin sabiq müdafiəçisi

İtaliya millisinin sabiq müdafiəçisi Marko Materatsi dünya çempionatının pley-off püşkatmasının nəticələrini şərh edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, futbolda zəif rəqiblərin olmadığını söyləyib:

“Futbolda asan oyunlar və ya rəqiblər yoxdur. Amma bu, bizim son şansımızdır, biz artıq iki dəfə dünya çempionatını qaçırmışıq.

Özümüzü hazırlamalı və çətin sınaqlara hazırlaşmalıyıq”.

İtaliya millisi 4 dəfə dünya çempionatını qazanıb, sonuncu dəfə isə bu, 2006-cı ildə baş verib. Komanda pley-off mərhələsində Şimali İrlandiya millisiylə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 23:40 “And-aman edirdi ki...”