“Napoli”nin 6 ulduzu “Qarabağ”la oyunda iştirak etməyəcək

00:50 İtaliya 226
“Napoli”nin 6 ulduzu “Qarabağ”la oyunda iştirak etməyəcək

“Napoli”nin daha 3 futbolçusunun Çempionlar Liqasının növbəti turunda “Qarabağ”la oyunu buraxacağı dəqiqləşib.

Sportinfo.az İtaliya mətbuatına istinadən xəbər verir ki, müdafiəçi Leonardo Spinazzola, yarımmüdafiəçi Billi Gilmur və hücumçu Romelu Lukaku Neapoldakı görüşdə iştirak edə bilməyəcək.

İlk iki oyunçu hazırda bərpa prosesi keçməklə məşğuldur. Qasıq nahiyəsindəki zədədən sonra müalicə olunan Spinazzola ilə Gilmurun tezliklə kollektivə qoşulması gözlənilir.

Lakin onlar A Seriyasında “Atalanta” və Çempionlar Liqasında “Qarabağ”la görüşə qədər hazır olmayacaqlar. Lukakunun isə noyabrın 30-da “Roma” ilə matçda dönüşü gözlənilir.

Daha öncədən isə qapıçı Aleks Meret, yarımmüdafiəçilər Andre Zambo-Anqissa və Kevin de Bruynenin zədə səbəbindən “Qarabağ”la qarşılaşmanı buraxacağı bəlli idi.

“Napoli” – “Qarabağ” görüşü noyabrın 26-da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 23:40 “And-aman edirdi ki...”
20 Noyabr 17:50 Çək və bizə göndər!
20 Noyabr 03:20 Jalə qızıla sahibləndi