“İnter” qışda buraxmaq fikrində deyil - Hakan Çalhanoğlunu

18:40 İtaliya 83
“İnter” qışda buraxmaq fikrində deyil - Hakan Çalhanoğlunu

“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu qış transfer pəncərəsində klubdan ayrılmayacaq.

31 yaşlı futbolçunun yanvarda mümkün gedişi ilə bağlı yayılan şayiələr həqiqəti əks etdirmir.

Milan klubunun rəhbərliyi onun baş məşqçi Kristian Kivu üçün vacib fiqur olduğunu nəzərə alaraq, buraxmaq niyyətində deyil.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, qarşıdakı iki-üç ay ərzində klub rəhbərliyi Çalhanoğlunun gələcəyi ilə bağlı danışıqlara start verəcək.

Müzakirələr həm müqavilənin müddətinin uzadılması, həm də yayda mümkün ayrılıq istiqamətində aparıla bilər.

Türkiyəli futbolçunun “İnter”lə sözləşməsinin müddəti 2027-ci ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti