ABŞ millisinin və “Milan”ın yarımmüdafiəçisi Kristian Pulişiç İngiltərə Premyer Liqasına transfer oluna bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə “CaughtOffside” məlumat yayıb.
Amerikalı vingerə “Mançester Yunayted” və “Aston Villa” ciddi şəkildə maraq göstərir.
27 yaşlı futbolçunun “qırmızı-qaralar”la müqaviləsinin müddəti 2027-ci ilin iyununda başa çatacaq və tərəflər yeni anlaşma ilə bağlı hələ tələsmirlər.
Pulişiçin transfer qiyməti 60 milyon avro olaraq dəyərləndirilir. O, cari A Seriyası mövsümündə 7 matçda iştirak edib, 4 qol vurub və 2 məhsuldar ötürmə verib.

