Səhhətində problem yarandı, karyerasını başa vurdu - 31 yaşında

16 Noyabr 2025 17:20 İtaliya 1 107
Səhhətində problem yarandı, karyerasını başa vurdu - 31 yaşında

“Atalanta”nın və “Milan”ın sabiq müdafiəçisi Mattia Kaldara karyerasını başa vurub.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı futbolçu paylaşım edərək, qərarın çətin olduğunu, amma davamlı zədələr və pisləşən səhhət problemləri səbəbindən başqa çarəsi qalmadığını bildirib.

Kaldara A Seriyasında debütünü 2013/14 mövsümündə “Atalanta”da edib. 2018-ci ildə “Milan”a transfer olub, 2020-ci ildə icarə əsasında “Atalanta”ya qayıdıb.

Onun son komandası 2024/2025 mövsümündə “Modena” olub. Kaldara İtaliya millisində də 2 oyuna çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!