Avropanın məşhur klubunun ulduzu "Qarabağ"a qarşı oynamayacaq

14 Noyabr 2025 14:20 İtaliya 917
Avropanın məşhur klubunun ulduzu "Qarabağ"a qarşı oynamayacaq

Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi olan "Napoli" daha bir aparıcı oyunçusunun xidmətindən məhrum olub.

Sportinfo.az xəbər verir ki, Neapol təmsilçisinin yarımmüdafiəçisi Frank Zambo Anqissa sıradan çıxıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Anqissa Kamerun milli komandasının düşərgəsində sol ayağının bud sümüyündən zədə alıb. 29 yaşlı futbolçu uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

Zambo Anqissa bu mövsüm komandanın heyətində meydana çıxdığı 15 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

"Napoli"nin əsas heyət üzvlərindən olan Romelu Lukaku və Kevin De Bruyne də zədə səbəbindən komandadan ayrı qalıblar.

"Qarabağ"ın "Napoli" ilə oyunu noyabrın 26-da İtaliyada keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti