“Qarabağ”ın rəqibinin yarımmüdafiəçisi ilə maraqlanır - “Yuventus”

14 Noyabr 2025 01:30 İtaliya 948
“Qarabağ”ın rəqibinin yarımmüdafiəçisi ilə maraqlanır - “Yuventus”

“Napoli”nin yarımmüdafiəçisi Stanislav Lobotka “Yuventus”un potensial transfer hədəfidir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu yaxınlarda “Yuventus”un baş məşqçisi kimi işə başlayan Luçano Spaletti yeni komandası üçün yarımmüdafiəçi axtarır.

Lobotka əsas namizəddir və Turin klubunun rəhbərliyi yanvar ayında slovakiyalı futbolçuyla əlaqə saxlaya bilər.

30 yaşlı yarımmüdafiəçi bu mövsüm “Napoli”də 11 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.

”Napoli” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!