“Qarabağ”ı yaxından maraqlandıran hadisə - "Napoli"dən belə XƏBƏR VAR

13 Noyabr 03:00 İtaliya 775
“Qarabağ”ı yaxından maraqlandıran hadisə - "Napoli"dən belə XƏBƏR VAR

"Napoli"nin futbolçusu Frak Anqissa zədələnib.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Kamerun millisinin düşərgəsində sıradan çıxıb.

Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Anqissa yığmanın məşqi zamanı ayaq əzələsindən zədə alıb. Onun sabah DÇ-2026-nın pley-off mərhələsinin Konqo ilə matçında iştirak etməyəcəyi dəqiqdir.

Futbolçunun zədəsinin nə dərəcədə ciddi olduğu və yaşıl meydanlara nə vaxt qayıdacağı tibbi müayinədən sonra məlum olacaq.

Frank Anqissa bu mövsüm Neapol təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

"Napoli" Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibidir. Komandalar arasındakı oyun noyabrın 26-da İtaliyada keçiriləccək.

Digər Xəbərlər
Xəbər Lenti
4 Dekabr 17:50 Çək və bizə göndər!