Müqavilənin uzadılması sual altındadır - Yüksək maaşı səbəbindən

10:20 İtaliya 97
Müqavilənin uzadılması sual altındadır - Yüksək maaşı səbəbindən

“Roma”nın hücumçusu Paulo Dibala karyerasını Argentinada davam etdirmək niyyətindədir və “Boka Xuniors”a keçmək istəyir.

Sportinfoaz xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçunun “Roma” ilə müqaviləsinin müddətinin uzadılması yüksək maaşı səbəbindən sual altındadır.

Dibalanın hazırkı sözləşməsinin müddəti gələn yay başa çatacaq. Bu səbəbdən, o, Argentinaya qayıtmağa açıqdır.

31 yaşlı forvard 2022-ci ildən “Roma”nın formasını geyinir. O, cari mövsümdə bütün turnirlərdə 9 oyuna çıxaraq, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
11 Noyabr 12:00 Vinisius satılacaqmı?
11 Noyabr 08:20 Cavidin “yem”i - VİDEO