"Bu, çox pis haldır, amma bunlar baş verir və onları düzgün qəbul etmək lazımdır"

19 Noyabr 2022 12:00 İtaliya 296
"Bu, çox pis haldır, amma bunlar baş verir və onları düzgün qəbul etmək lazımdır"

İtaliya millisinin veteran futbolçusu Françesko Totti Qətərdə keçiriləcək dünya çempionatından gözləntilərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, Totti mundialın İtaliyasız keçirilməsini şərh edib:

"İtaliyasız dünya çempionatı Kolizeysiz Roma kimidir. Bu, biz italyanlar üçün qeyri-adi haldır. Bu, çox pisdir.

Bunlar baş verir və onları düzgün qəbul etmək lazımdır. Bu, fərqli dünya çempionatı olacaq, lakin böyük komandaların iştirak etdiyi vacib turnir olaraq qalır.

Çempionluq üçün hansı komanda mübarizə aparacaq? Fransa, Braziliya, Argentina, Almaniya və İspaniyanın adını deyə bilərəm. Favorit yoxdur. Dünya çempionatında hər şey ola bilər”.

Digər Xəbərlər
Xəbər Lenti