"Qalatasaray"ın uruqvaylı futbolçusunu istəyir - "Milan"

16 Noyabr 2022 10:20 İtaliya 438
"Qalatasaray"ın uruqvaylı futbolçusunu istəyir -

"Qalatasaray"ın futbolçusu Lukas Torreyra karyerasını İtaliyada davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, uruqvaylı yarımmüdafiəçinin xidmətində "Milan" maraqlıdır.

A Seriyası təmsilçisi 26 yaşlı futbolçu üçün "sarı-qırmızılar"a təklif göndərib.

"Milan" Uruqvay yığmasının üzvünü icarəyə götürmək üçün 2 milyon avro təklif edib. İtalyanlar futbolçunu birdəfəlik almaq üçün isə 12-13 milyon avro ödəməyə hazırdır.

"Qalatasaray" Lukas Torreyronu mövsümün əvvəlində "Arsenal"dan transfer edib. Təcrübəli oyunçu İstanbul klubunun heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"