"Beşiktaş"ın yetirməsi İtaliya klubunda - 4 illik müqavilə

11 Avqust 2022 00:20 İtaliya 379
"Beşiktaş"ın  yetirməsi İtaliya klubunda - 4 illik müqavilə

“Beşiktaş” yarımmüdafiəçisi Emirhan İlkhanı satıb.

Sportinfo.az xəbər verir ki, 18 yaşlı futbolçu karyerasını İtaliya “Torino”sunda davam etdirəcək.

Yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Turin klubu bu transferə görə “Beşiktaş”a 4,5 milyon avro ödəyib. Gənc futbolçunun gələcəkdə başqa kluba satışından da 15 faiz gəlir Türkiyə təmsilçisinə çatacaq.

Emirhan İlkhan “Beşiktaş”ın öz yetirməsidir. O, 2021-ci ildən klubun əsas komandasında forma geyinməyə başlamışdı. Yarımmüdafiəçi bu ildən Türkiyənin U-21 yığmasının da üzvüdür.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!