Yaxın keçmişin tanınmış futbolçusu baş məşqçi olmağa hazırlaşır

7 Avqust 2022 12:20 İtaliya 547
Yaxın keçmişin tanınmış futbolçusu baş məşqçi olmağa hazırlaşır

Roma”nın keçmiş yarımmüdafiəçisi Daniele De Rossi “Palermo”nun baş məşqçisi olmağa hazırlaşır.

Sportinfo.az xəbər verir ki, bu barədə “Sport İtalia” məlumat yayıb.

2020-ci ildə futbolçu karyerasını başa vuran 39 yaşlı De Rossi, İtaliya millisində Roberto Mançininin köməkçisidir.

De Rossi üçün bu təyinat onun baş məşqçi kimi debütü ola bilər.

“Palermo” bu mövsüm İtaliyanın B Seriyasında çıxış edəcək.

Digər Xəbərlər
Xəbər Lenti