Bu futbolçu “vatsap” mesajına görə cəzalandırıldı: “3 xalı bizə verə bilərsiz?”

6 Avqust 2022 22:40 İtaliya 722
Bu futbolçu “vatsap” mesajına görə cəzalandırıldı: “3 xalı bizə verə bilərsiz?”

"Napoli"nin ötən mövsüm "Kremonese"də çıxış etmiş futbolçusu Canluka Qaetano İtaliya Futbol Federasiyası tərəfindən 2 oyunluq cəzalandırılıb.

Sportinfo.az xəbər verir ki, buna səbəb onun B seriyasında "Kremonese"nin heyətində "Komo" ilə keçirdiyi matçdan əvvəl rəqibin futbolçusu Pariciniyə yazdığı votsap mesajıdır.

Canluka dostuna "Cümə günü 3 xalı bizə verə bilərsiniz?" deyə, yumor xarakterli ismarıc göndərib. Bundan sonra "Kemonese" görüşdə 2:1 hesablı qələbə qazanıb və A seriyasına yüksəlib.

İtaliya Futbol Federasiyası məsələyə görə 22 yaşlı yarımmüdafiəçini 2 oyunluq cəzalandırıb və 4 min 500 avro məbləğində cərimələyib.

Bu isə o deməkdir ki, Canluka "Napoli"nin avqustun 15-i "Verona" ilə, 21-i isə "Monza" ilə matçlarında meydana çıxa bilməyəcək.

İtaliyalı futbolçu 2019-cu ildə "Napoli" ilə peşəkar müqavilə imzalayıb. O, 2011-2019-cu illərdə bu klubun gənclərdən ibarət komandasında oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti