İtaliyanın aşağı liqa klubu "Qəbələ"yə qol vurmuş müdafiəçini transfer edir

28 İyul 2022 16:10 İtaliya 539
İtaliyanın aşağı liqa klubu "Qəbələ"yə qol vurmuş müdafiəçini transfer edir

"Qəbələ"nin Avropa Konfrans Liqasının II təsnifat mərhələsində rəqibi olan "Fehervar"ın futbolçusu Adrian Rus karyerasını İtaliyada davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, rumıniyalı futbolçu İtaliyanın B Seriyasında çıxış edən "Piza"nın hədəfindədir.

Rumıniya millisinin 26 yaşlı mərkəz müdafiəçisi üçün illik 480 min avro maaş təklif olunub.

Rumıniyanın "Prosport" nəşrinin məlumatına görə, bu transfer qısa müddətdə baş tutacaq. Futbolçu Macarıstanda bundan üç dəfə az – ayına 15 min avro maaş alır.

Bu səbəbdən də Rusun bu təklifə yox deyəcəyi inandırıcı görünmür. "Piza" bu transfer üçün "Fehervar"a 800 min avro transfer məbləği ödəyəcək.

Macarıstanın Sekeşfehervar şəhərində keçirilən ilk matçda Adrian Rus 90 dəqiqə "Qəbələ"yə qarşı oynayıb.

O, 67-ci dəqiqədə künc zərbəsindən sonra başla qol vuraraq "Fehervar"ı hesabda 2:1 önə keçirib. Görüş isə meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti