"Fənərbaxça"nın müdafiəçisi "Napoli"də - 20 milyon avroya satıldı

27 İyul 2022 01:30 İtaliya 495
"Fənərbaxça"nın müdafiəçisi "Napoli"də - 20 milyon avroya satıldı

"Fənərbaxça"nın futbolçusu Kim Min Cen "Napoli"yə keçir.

Sportinfo.az xəbər verir ki, cənubi koreyalı müdafiəçi artıq Neapoldadır.

O, tibbi müayinədən keçdikdən sonra "Napoli" ilə müqavilə imzalayacaq.

Türkiyə mətbuatı "Napoli"nin 25 yaşlı mərkəz müdafiəçisi üçün qarşı tərəfə 20 milyon avro ödəyəcəyini yazıb.

"Football Italia" nəşri isə Kim Minlə 3+2 illik müqavilə imzalanacağını və onun ildə 2.5 milyon avro qazanacağını iddia edir.

Digər Xəbərlər
Xəbər Lenti