“O, ildə 4,5 milyondan imtina etdi - . Biz öz imkanlarımıza qarşı gedə bilmərik"

26 İyul 2022 00:00 İtaliya 618
“O, ildə 4,5 milyondan imtina etdi - . Biz öz imkanlarımıza qarşı gedə bilmərik"

“Napoli”nin prezidenti Aurelio De Laurentis belçikalı hücumçu Dris Mertensin komandadan gedişi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, klub rəhbəri, Mertensin ildə 4,5 milyon avroluq məvacibdən imtina etdiyini deyib:

“O, ildə 4,5 milyondan imtina etdi. Bizə verdiyi hər şeyə görə ona təşəkkür edirəm: sevinc və nailiyyət.

Amma biz öz imkanlarımıza qarşı gedə bilmərik. Biz gələcəyimiz üçün gəncləri almalıyıq”.

35 yaşlı futbolçu 2013-cü ildən “Napoli”də çıxış edirdi. Mertens ümumilikdə komandanın heyətində 295 oyun keçirib, 113 qol vurub.

O, “Napoli” ilə iki dəfə İtaliya kubokunu, bir dəfə isə ölkə superkubokunu qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"