"Razılıq əldə etdik, bonuslara görə daha 6 milyon avro qazana bilərik"

25 İyul 2022 01:40 İtaliya 591
"Razılıq əldə etdik, bonuslara görə daha 6 milyon avro qazana bilərik"

"Sassuola"nın direktoru Covanni Karnevali komandanın forvardı Canluka Skamakkanın "Vest Hem"ə keçəcəyini etiraf edib.

Sportinfo.az xəbər verir ki, "Corriere dello Sport"a danışan klub rəsmisi İtaliya millisinin hücumçusunu hansı qiymətə satacaqlarını da bildiirb:

​"Vest Hem"lə razılıq əldə etdik. Skamakka bu kluba 36 milyo avro qarşılığında keçəcək. Bonuslara görə daha 6 milyon avro qazana bilərik.

Çünki müqaviləyə əsasən Skamakkanın növbəti transferinin 10 faizini də qazana bilərik.

Əminəm ki, Canluka özünü orada yaxşı tərəfdən göstərəcək. Çünki o, yaxşı və istedadlı futbolçudu".

Digər Xəbərlər
Xəbər Lenti